Son dəqiqə

İstanbul Hava Limanı CANSO AZANS

İstanbul beynəlxalq hava limanında GES tikilir

Bakı.TurkicWorld :

İstanbul Beynəlxalq Hava Limanı günəş enerjisi hesabına elektrik enerjisi hasil etməklə bağlı iddialı planlara malikdir və dünyada özünün elektrik enerjisinə olan ehtiyacını günəş enerjisi hesabına qarşılayan lk hava limanı olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Beynəlxalq Hava Limanının planlaşdırma məsələləri üzrə direktoru İsmayıl Hakkı Polat Bakıda bu gün "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə Bakıda keçirilən CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammitində çıxışında deyib.

"Bu il İstanbul hava limanında 200 meqavat gücündə günəş elektrik stansiyasının tikintisinə 200 milyon avro investisiya qoyacağıq. Beləliklə, enerji istehlak edən hava limanı deyil, onu istehsal edən hava limanı olacağıq", - deyə o qeyd edib.

O, həmçinin, dayanıqlı inkişafın Türkiyənin və Avropanın ən böyük qovşağı olan İstanbul Hava Limanının inkişafında əsas amil olduğunu vurğulayıb.

Xatırladaq ki, bu beynəlxalq hava limanı 2018-ci ilin payızında istismara verilib. O, ildə 150 ​​milyon sərnişinə xidmət göstərə bilər, bu rəqəmi 200 milyon sərnişinə qədər artırmaq imkanı var.

Hava limanı ən son texnologiya ilə təchiz olunub.

Mövzuya görə xəbərlər