Son dəqiqə

Türkiyə Qırğızıstan hazır geyim

Türkiyənin Qırğızıstana hazır geyim ixracı 78,1 milyon dollar olub (ÖZƏL)

Bakı.TurkicWorld:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azalaraq, 78,1 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Qırğızıstana 13,9 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 37,6 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qedy edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 7,4 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər