Son dəqiqə

Qırğızıstan Tacikistan zəlzələ

Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib

Bakı,TurkicWorld

Qırğızıstan-Tacikistan sərhədində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.

Zəlzələ, Trans-Alay silsiləsi dağlarında, kənddən 29 km cənub-qərbdə baş verib.

Qırğızıstanın yaşayış məntəqələrində zəlzələnin intensivliyi Nura, İkizyak, İrkeştam kəndlərində 3,5 bal, Qara-Kindik, Bor-Debe kəndlərində 3 bal olub.

Mövzuya görə xəbərlər