Son dəqiqə

Türkiyə Pakistan Türkiyə Ticarət nazirliyi polad

Keçən ay Pakistanın Türkiyədən polad ixracı üç dəfədən çox artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Pakistana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz azalaraq, 2,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Pakistana 587 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 249,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 6,6 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 17,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib. Bu analoji dövrlə müqayisədə 9,9 faiz azalma olduğunu göstərir.

Mövzuya görə xəbərlər