Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi sement

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana sement məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq, 23,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Gürcüstana 6,3 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər olub.

"Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 - aprel 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər