Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi polad

Yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı 5 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər