Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

Yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 5 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər