Son dəqiqə

iqtisadi əməkdaşlıq təşkilatı Xusrav Noziri

İƏT Azərbaycanın turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək qiymətləndirir - Baş katib

Bakı. TurkicWorld:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın təşkilatın turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək qiymətləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə İƏT-in baş katibi Xusrav Noziri Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunda deyib.

"Azərbaycan hökuməti turizmin inkişafı üçün az səy göstərməyib. Turistlərin bu "Odlar Yurdu"na artmaqda olan axını bundan xəbər verir. Azərbaycanın İƏT-in turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək qiymətləndiririk. İƏT olaraq hər bir üzv dövlətin turizmin inkişafı üzrə hədəflərini dəstəkləməyə, əvvəlki kimi, sadiqik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da daxil olması ilə daha da genişlənib.

Mövzuya görə xəbərlər