Son dəqiqə

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı Bakı ADA Universiteti

Bakıda Beynəlxalq Təmiz Enerji Günü münasibətilə tədbir keçirilir

BAKI,TurkicWorld

Bakıda Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (İƏT TEM) Təmiz Enerji Hakatonu 2026 mükafatlandırma mərasimi keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirin açılışında ADA Universitetinin prorektoru, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Dr. Fariz İsmayılzadə, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova, Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov və Azərbaycanda BMT-nin Rezident Əlaqələndiricisi (a.i.) İqor Qarafuliç çıxış edəcəklər.

Tədbirdə bərpa olunan enerjinin genişləndirilməsinin sürətləndirilməsi üçün təmiz enerjiyə keçid və regional əməkdaşlıq modelləri mövzusunda dəyirmi masa və mükafatlandırma mərasimi keçiriləcək.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər