Son dəqiqə

TOBB

Yanvar-mart ayında Türkiyədə Rusiya kapitalı ilə 30-dan çox şirkət qeydiyyata alınıb

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Rusiya kapitalı ilə 33 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 275 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 47,7 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 411,8 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (19) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 6,2 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyədə Rusiya kapitalı ilə 15 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Mövzuya görə xəbərlər