Son dəqiqə

Hüseyn Hüseynov COP29

Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək

Bakı, TurkicWorld

Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov İslam İnkişaf Bankı (İİB) qrupunun illik müşavirələri çərçivəsində "COP29-a doğru – prioritetlər və gündəm" mövzusunda təqdimatda deyib.

Onun sözlərinə görə, Şimal-Cənub Maliyyə mexanizmi milli və beynəlxalq neft (enerji) şirkətləri arasında körpü rolunu oynaya bilər.

H.Hüseynov qeyd edib ki, üzvlük imkanları bütün tərəflər, hətta əvvəlcədən təşəbbüsə qoşulmağa qərar verməyənlər üçün də açıq olaraq qalacaq.

"Şimal-Cənub Maliyyə mexanizminə üzv tərəflər ixrac etdikləri qazıntı yanacağına görə Fonda köçürmələr edəcək və verdikləri məbləğin müqabilində səhmdarlara çevriləcək. Tərəflər qazıntı yanacağının həcmindən və müvafiq olaraq Fonda köçürülməli məbləğdən asılı olaraq yığımın ölçüsünü sərbəst şəkildə müəyyənləşdirəcək", - deyə o bildirib.

O vurğulayıb ki, Şimal-Cənub Maliyyə mexanizmini fərqləndirən əsas amillər aşağıdakılardır:

- Maliyyə stabilliyi (davamlı kapital axını).

- Fonda yığılan vəsaitin bir hissəsi konsessiya layihələrinin maliyyələşdirilməsi məqsədləri üçün gəlirsiz kapital hesab olunacaq (güzəştli investisiya qoyma).

- Digər hissə kommersiya cəhətdən sərfəli investisiyalara yönəldiləcək və səhmdarlar üçün gəlir mənbəyi olacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək.

Mövzuya görə xəbərlər