Son dəqiqə

Ağdam Sənaye Parkı

Ağdam Sənaye Parkının 5 rezidenti artıq biznes planlarını təqdim edib

Ağdam Sənaye Parkının 5 rezidenti artıq biznes planlarını təqdim edib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Sumqayıt Kimya Sənaye Parkı və Qarabağda yaradılan sənaye zonalarında görülən işlərə dair brifinq zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri səlahiyyətlərini icra edən Elşad Nuriyev deyib.

“Onların biznes planları təhlil olunur. Müraciət edənləri sayı isə daha çoxdur. Bunlar tikinti yönümlü metal-konstruksiyaların istehsalı, günəş panellərindən işıqlandırma dirəklərinin və dam örtüklərinin istehsalı, xüsusi geyimlərin istehsalı, sintetik xalça və kisə istehsalı müəssisəsidir. Tikiş istiqamətinə çox böyük maraq göstərildi. Yaxın zamanlarda onların biznes planları təhlil olunduqdan sonra rezidentlik statusu verilə bilər və onlar da artıq öz fəaliyyətlərinə başlaya bilərlər. Əsaslı infrastruktur işlərininin həyata keçirilməsi üçün biz tenderlər keçirəcəyik və şirkətlər seçildikdən sonra həm Ağdam Sənaye Parkında həm də Araz Vadisi İqtisadi Zonasında əsaslı infrastruktur işlərini həyata keçirə biləcəyik”, - o deyib.

Mövzuya görə xəbərlər