bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz yatağındakı iştirak payını artırmağa qərar verib. Bu, PETRONAS şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı bp-nin öz üstünlük hüququndan istifadə etmək haqqında Şahdəniz layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.
Şirkətdən TurkicWorld-a bildirilib ki, bp özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.