Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Yanvar-mart aylarında Türkiyənin dəri məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 28 faiz azalaraq, 409,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə 146,2 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 33,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olubub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər