2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 632,8 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin fevral ayında Türkiyə 302,5 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 5,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 5,6 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.