Yanvar ayında Türkiyə Özbəkistana dəri məhsulları ixracını azaldıb (ÖZƏL)

Yanvar ayında Türkiyə Özbəkistana dəri məhsulları ixracını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar ayında Özbəkistana dəri məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 faiz azaldaraq 769,6 min dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 1,8 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 32 faiz azalaraq, 120,8 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq, 1,9 milyon dollara bərabər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_