Yanvar ayında Türkiyə Şimali Kiprə polad məhsulları ixracını azaldıb (ÖZƏL)

Yanvar ayında Türkiyə Şimali Kiprə polad məhsulları ixracını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ilin yanvar ayında Şimali Kipr Türk Respublikasına polad məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azaldaraq 11,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

Aytac Süleymanova

Twitter: a_alieva_