Son dəqiqə

Özəl Türkiyə limanları Ayvalık limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Ötən ilin yanvar-dekabr aylarında Ayvalık limanı 600-dən çox gəmi qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Ayvalık limanı 650 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ayvalık limanı Türkiyə bayrağı altında üzən 650 gəmi qəbul edib, digər ölkələrin bayraqları altında üzən heç bir gəmi qəbul etməyib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər