Bakı. TurkicWorld:
13-14 Dekabr tarixlərində MÜSİAD Azərbaycan təşkilatçılığı ilə həyata keçirilən "Kənd Təsərrüfatı və Qida forumu" çərçivəsində, Müstakil Sanayici ve İş adamları Derneğinin (MÜSİAD) Kənd təsərrüfatı sektorunun rəhbəri Cemal Özenin rəhbərlik etdiyi Türkiyəli iş adamlarından ibarət heyət, Qubaya səfər edib.
TurkicWorld-un məlumatına görə, Ümummilli lider Heydər Əliyevin heykəlini və Qafqaz İslam Ordusunun naməlum əsgərinin məzarını ziyarət edən heyət, daha sonra Quba Rayon İcra başçısının müavini Tarıyel İbrahimovla görüşüb.
Görüş zamanı Qubada ticarət və investisiya mühitilə bağlı ətraflı təqdimat olunub və müzakirələr aparılıb.
Heyət, qonaqpərvərliyə və dəstəklərinə görə icra başçısı İlqar Mahmudovun timsalında Quba Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
"Kənd Təsərrüfatı və Qida forumu" çərçivəsində, Qubada səfərdə olan Türkiyəli iş adamlarından ibarət heyət, eyni zamanda, "ABAD istehsalat kompleksi"-ni, "Budad" meyvə bağını ziyarət edib və istehsal prosesi ilə tanış olub.
Daha sonra iş adamlarından ibarət heyət, Quba KOB dostu Asif Cəfərovun dəstəyi ilə Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən sahibkarlarla iki tərəfli görüşlər keçirib və müzakirələr aparıb.
Qeyd edək ki, "Kənd Təsərrüfatı və Qida forumu" çərçivəsində, Qubada səfərdə olan Türkiyəli iş adamlarından ibarət heyət, Quba rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək Ümummilli liderin şərəfli həyat yolu haqqında ətraflı məlumat alıb. Eyni zamanda, onlar, Azərbaycan-Türkiyə qardaşlıq parkını da ziyarət edib.
Aytac Süleymanova