Son dəqiqə

Quba ASAN xidmət Hümmət Əliyev İnsan hüquqları hüquqi maarifləndirmə Mediasiyada hüquqi maarifləndirmə Quba ASAN Xidmət ASAN Könüllüləri Gənclər və hüquq Mübahisələrin həlli Təlim-tədris binası Beynəlxalq hüquqi sənədlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsi Hüquqların müdafiə mexanizmləri Hüquq pozuntuları Hüquqi düşüncənin formalaşması Sosial maarifləndirmə

Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib.

TurkicWorld xəbər verir ki, tədbir Quba 1 saylı Məntəqə Təlim Mərkəzinin direktoru, hüquqşünas-mediator Hümmət Əliyevin təqdimatında baş tutub. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verib.

Görüş zamanı insan hüquqlarının yaranma mərhələləri, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, hüquq pozuntularının növləri və müdafiə vasitələri, eləcə də mediasiyanın cəmiyyətdə artan əhəmiyyəti kimi mövzular müzakirə olunub. Eyni zamanda gənclərin hüquqi maariflənməsində könüllülərin rolu vurğulanıb.

ASAN Könüllülərinin fəal iştirakı və mövzuya olan böyük marağı tədbirin dinamik və interaktiv şəkildə keçməsinə şərait yaradıb. Görüşün təşkilatçıları bildiriblər ki, bu cür maarifləndirici tədbirlər gənclərin hüquqi biliklərinin artırılmasına, konfliktlərin dinc həllinin təşviqinə və sağlam hüquqi düşüncənin formalaşmasına mühüm töhfə verir.

Mövzuya görə xəbərlər