Ankara. TurkicWorld:
2023-ci ilin oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapitalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 14,5 milyon türk lirəsi olduğu halda, 2022-ci, ilin eyni dövründə bu rəqəm 3,6 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (16) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 11,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 12 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.