Oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-ci ilin oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 164,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 34,3 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (39) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 156,99 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 29 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.