Son dəqiqə

Almaniya Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

Yanvar-oktyabr aylarında Almaniyanın Türkiyədən hazır geyim idxalı 2 milyard dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Almaniyaya hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azaldaraq 2,6 milyard dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Almaniyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 24 faiz azaldaraq 255,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər