Son dəqiqə

Türkiyə Türkmənistan Özəl Türkiyə Ticarət nazirliyi elektrik avadanlıqları

Yanvar-oktyabr aylarında Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı 121 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azaldaraq 121,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Türkmənistana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,8 faiz azaldaraq 13,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 13,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər