Son dəqiqə

Qırğızıstan Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

İlin əvvəlindən Türkiyənin Qırğızıstana kimyəvi maddə ixracı 50 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azaldaraq 51,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Oktyabr ayında Türkiyə Qırğızıstana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 9,6 faiz azaldaraq 4,3 milyon dollara çatdırıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər