Yanvar-oktyabr aylarında Türkiyənin Özbəkistana sement ixracı 4 milyon dolları ötüb (ÖZƏL)

Yanvar-oktyabr aylarında Türkiyənin Özbəkistana sement ixracı 4 milyon dolları ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz azaldaraq 14,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Özbəkistana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 61,2 faiz artıraraq 1,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_