Energetika Nazirliyində Qazaxıstandan olan nümayəndə heyəti ilə görüş keçirilib

Energetika Nazirliyində Qazaxıstandan olan nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. TurkicWorld:

Energetika Nazirliyində SPECA həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Aset Turısovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev SPECA həftəsi çərçivəsində keçirilən tədbirlərin iqtisadiyyatın digər sahələri ilə yanaşı enerji sektorunda da regional əlaqələrin inkişafı baxımından əhəmiyyətindən danışıb, nazirliklər arasında əməkdaşlığın qurulması və inkişafı üçün yaxşı fürsət olduğunu bildirib. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsində Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Görüşdə neft-qaz, neft məhsulları kimi sənaye sahələrində monitorinqlərin aparılması və hesabatlılığın təmin olunması istiqamətlərində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.