Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İsrailə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azaldaraq 347,6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə İsrailə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 31,7 faiz azaldaraq 35,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 13,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Aytac Süleymanova
Twitter: a_alieva_