Son dəqiqə

Şahmar Mövsümov

Azərbaycanın gömrük prosesinin şəffaflığı büdcə gəlirlərinin artmasına səbəb olub - Şahmar Mövsümov

Bakı. TurkicWorld:

Azərbaycanın gömrük prosesinin şəffaflığı, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin yüngülləşdirilməsi xarici ticari fəaliyyət iştirakçılarının və büdcə gəlirlərinin artmasına səbəb olub.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.

Onun sözlərinə görə, son üç il ərzində Azərbaycanın qeyri-neft məhsulları ixracında qeyri-üzvi kimya və plastik məhsulların payı artıb.

"2015-2022-ci illərdə qeyri-neft məhsullarının ixrac həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracının çeşidliliyinin sayı artıb. 5700 növ məhsuldan 1990-u ixraca, 1234-ü isə daimi ixraca yönəldilib. Son üç il ərzində ixrac səbətinə 35 yeni məhsul daxil olub", - deyə o vurğulayıb.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər