Bakı. TurkicWorld:
Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına yeni gəmilər təhvil veriləcək.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, TCG İstanbul freqatı dekabr ayında, TCG Akhisar və Koçhisar dəniz patrul gəmiləri isə 2024-cü ildə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək. TCG Pirireis sualtı qayığının müvəqqəti təhvil verilməsi 2024-cü ilin fevral ayında həyata keçiriləcək.
Qeyd edək ki, TCG İstanbul freqatı MKE Dəniz Topu, ATMACA gəmi əleyhinə raket və GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi kimi müasir və milli silah sistemləri ilə təchiz edilib. TCG Akhisar və Koçhisar gəmiləri isə kəşfiyyat, müşahidə, axtarış-xilasetmə, terrorla mübarizə, dəniz nəzarəti əməliyyatları və dəniz xüsusi əməliyyatları missiyalarında istifadə olunacaq. 2024-cü ilin fevral ayında müvəqqəti olaraq təhvil veriləcək TCG Pirireis sualtı qayığının sınaq blokunun tikintisinə 2024-cü ildə başlanılması hədəflənir.