Son dəqiqə

Türkiyə Almaniya Özəl Türkiyə Ticarət nazirliyi polad

Yanvar - oktyabr aylarında Almaniya Türkiyədən polad məhsulları idxalını azaldıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Almaniyaya polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azaldaraq 694,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Almaniyaya polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,7 faiz azaldaraq 66,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər