Son dəqiqə

Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi BƏƏ

Yanvar-sentyabr aylarında Türkiyənin BƏƏ-yə avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinə avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıraraq 120,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə BƏƏ-yə avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 85,9 faiz artıraraq 21,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 25,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 34,3 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər