Son dəqiqə

Özəl Türkiyə limanları Esenboğa Hava Limanı

Sentyabr ayında Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 40 faiz artaraq, 8 milyon 978 min 886 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 39 faiz artaraq 6 milyon 894 min 513 nəfər, beynəlxalq reyslər üzrə isə 42 faiz artaraq 2 milyon 84 min 373 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 88 min 649 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 56 min 76 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 32 min 573 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 69 min 883 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 32 faiz artaraq 52 min 924, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 16 min 959 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər