
Bakı. TurkicWorld:
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İsrailə hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz azaldaraq 270,7 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Avqust ayında Türkiyə İsrailə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,5 faiz azaldaraq 24 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalaraq, 13,2 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 16,7 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,9 faiz azdır
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 20,2 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01