Yanvar-avqust aylarında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracı 300 milyon dollara çatıb (ÖZƏL)

Yanvar-avqust aylarında Türkiyənin Çinə kimyəvi maddə məhsulları ixracı 300 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Çinə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azaldaraq 276,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Çinə kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 27,9 faiz azaldaraq 34,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 19,5 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01