Son dəqiqə

dövlət büdcəsi Mikayıl Cabbarov

Mikayıl Cabbarov dövlət büdcəsinə daxilolmaların həcmi açıqlandı

Bakı. TurkicWorld:

Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə daxilolmaların həcmi açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq, 12 milyard 80 milyon 400 min manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq, 6 milyard 865 milyon 600 min manat olub", - nazir qeyd edib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər