Son dəqiqə

Xəzər dənizi Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG blokunda "Mərkəzi-Şərqi-Azəri" platformasının üst modulları quraşdırılıb

Bakı. TurkicWorld:

Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "Mərkəzi-Şərqi-Azəri" platformasının (ACE) üst modulları quraşdırılıb.

TurkicWorld bu barədə bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sosial şəbəkədəki paylaşımına istinadən xəbər verir.

Qeyd edək ki, ACE platformasından ilk neft hasilatı gələn ilin əvvəlinə planlaşdırılır. 6 milyard dəyərindəki ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və avadanlığı gündəlik 100 min barelədək neft emalı üçün nəzərdə tutulub. Layihənin bütün icra müddəti ərzində 300 milyon barelədək neft hasil ediləcəyi gözlənilir. Platforma məsafədən Səngəçal terminalından idarə olunacaq və yeni innovativ avtomatlaşdırma sistemini özündə birləşdirəcək.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Mövzuya görə xəbərlər