Son dəqiqə

TAP

TAP istismara verildikdən sonra ekoloji monitorinq keçirib

Bakı. TurkicWorld:

Trans-Adriatik Boru Kəməri (TAP) Konsorsiumu 2023-cü ilin birinci yarısı ərzində istismara verildikdən sonra ekoloji monitorinq keçirib.

TurkicWorld şənbə günü xəbər verir ki, ətraf mühitin monitorinqi üzrə təsdiqlənmiş plana əsasən monitorinq həm yerüstü, həm də dəniz sahələrini əhatə edib. Yerüstü monitorinq zamanı torpağa və bitkilərə xüsusi diqqət ayrılıb.

Dəniz sahəsində yaz mövsümündə kompleks monitorinq planı həyata keçirilib. Proqram sərt dəniz dibinin və ixtiofaunanın biokonstruksiyasının monitorinqini nəzərdə tutub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP ilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz tədarük olunur.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib.

Mövzuya görə xəbərlər