Yanvar-may aylarında İstanbul limanının qəbul etdiyi gəmilərin sayı 600-ü ötüb

Yanvar-may aylarında İstanbul limanının qəbul etdiyi gəmilərin sayı 600-ü ötüb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İstanbul limanı 603 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin İstanbul limanı Türkiyə bayrağı altında üzən 95, digər ölkələrin bayraqları altında üzən 508 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 255 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 388 olub.