Bakı. TurkicWorld:
Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb.
TurkicWorld bazar günü xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin insan resurslarının idarə edilməsi üzrə mütəxəssisi Ceyhun Nağıyev "Alstom"un tədris mərkəzinin (dəmiryolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan təkcə Şərqdən Qərbə deyil, həm də Şimal-Cənub istiqamətində yüklərin daşınmasında böyük rol oynayır.
"Ölkəmizin dəmiryolu sektorunun gələcək inkişafında mühüm potensial görürük və bununla əlaqədar olaraq müvafiq kadrların təlimi və hazırlığı vacibdir. Azərbaycan Texniki Universitetinin Fransanın "Alstom" şirkəti ilə əməkdaşlığı ölkəmizdə dəmir yollarının və dəmiryolu layihələrinin gələcək inkişafına böyük töhfə verəcək", - C.Nağıyev qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)