Son dəqiqə

Azərbaycan Dəmir Yolları QSC Bakı Fond Birjası (BFB) ADY

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

TurkicWorld xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcəkdir.

AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001009268

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

300,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ Dolları

İstiqrazların buraxılış həcmi

30,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi

7%

Ödəmə Periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

30.12.2025

Anderrayter

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Mövzuya görə xəbərlər