Yanvar-may aylarında Liviyadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Yanvar-may aylarında Liviyadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-may aylarında Liviyadan Türk limanlarına 1 milyon 468 min 489 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Liviyadan limanlara 271 min 517 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 192 min 918 ton yük çatdırıb.

Bu müddət ərzində Liviya bayraqlı gəmilərlə Türkiyə limanlarına 4 min 52 yük çatdırılıb. 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarına Liviyadan 73 min 666 tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə limanları 35 milyon 489 min 337 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 574 min 720 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 914 min 614 ton olub.

Bununla yanaşı, 2023-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 496 min 794 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 160 milyon 766 min 21 ton yük qəbul edib.

2023-cü ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 440 min 507 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 149 milyon 325 min 514 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 934 min 777 ton transit yük daşınıb.