Son dəqiqə

Türkiyə Ukrayna TÜİK

Yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 700 çox daşınmaz əmlak satın alıblar

Ankara. TurkicWorld:

2023-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 770 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 115 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Ukrayna vətəndaşları Türkiyədə 175 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 66 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyədə 113 min 276 mənzil satın alınıb ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 7,7 faiz azdır.

Məlumata görə,2023-cü ilin yanvar-may aylarında Türkiyədə 482 min 143 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.

Daspina Hasanova

Twitter: @Daspina9

Mövzuya görə xəbərlər