İstanbulda “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu keçiriləcək – Rəşad Cabirli

İstanbulda “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu keçiriləcək – Rəşad Cabirli

Bakı. TurkicWorld:

Qardaş ölkə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ziyarətindən sonra, MÜSİAD, KOBİA, KOBSKA və MÜSİAD Azərbaycan tərəfindən İstanbulda Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumun keçirilməsi qərara alınıb.

Bu barədə TurkicWorld-a özəl açıqlamasında MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

O qeyd edib ki , MÜSİAD Azərbaycan missiyasına və dəyərlərinə sadiq qalaraq yarandığı gündən bu günə kimi qardaşlıq şüurunu ortaqlıq mədəniyyətiylə birləşdirmə prinsipini əsas götürərərək, müxtəlif layihələr həyata keçirib.

Onun sözlərinə görə,İstabulda 13-14 iyul tarixlərində keçiriləcək iki günlük forum çərçivəsində, Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcək.

İki günlük əhatəli proqramda B2B görüşlər olduğunu ifadə edən Cabirli iş adamlarının tədbirin sərgi hissəsi ilə də tanış olacaqlarını vurğulayıb.

Qeyd edək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.

Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.