Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

Bakı, TurkicWorld:

Türkiyə səfiri Cahit Bağçının himayəçiliyində Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi, Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB), Türkiyə Yüzyılı İş Birliyi və Dayanışma Platformu ilə Trabzon İşadamları Platformu (TİAP) birlikdə Bakıda Türkiyə tələbələrinin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi təşkil ediblər.

TurkicWorld AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Cahit Bağçı iftar süfrəsinə təşrif gətirənləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını arzulayıb.

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü günündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Cahit Bağçı bildirib ki, bu gün müharibələr dünyamızın ən böyük bəlasıdır. O, bu müqəddəs ayda münaqişələrin bitməsini və dünyamıza əbədi sülhün qismət olmasını arzulayıb.

İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın din və ictimai xadimləri, o cümlədən qazilər və şəhid ailələri iştirak ediblər.