Naxçıvanda azad iqtisadi zona yaradılacaq - Vüqar Bayramov

Naxçıvanda azad iqtisadi zona yaradılacaq - Vüqar Bayramov

Bakı TurkicWorld

Naxçıvanda azad iqtisadi zona yaradılacaq.

TurkicWorld xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb.
“Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir”,- deyə o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, bu ərazisə xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək.

“Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək”,- deyə Vüqar Bayramov söyləyib.

O bildirib ki, proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək.

“Bütövlükdə, proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur”,-deyə millət vəkili əlavə edib.

Mehriban Xəlilli

@MXalilbekova