Yanvar-may aylarında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracını artırıb

Yanvar-may aylarında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Gürcüstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 faiz artaraq 6,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Gürcüstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 52,1 faiz artaraq 13,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 6,9 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 30,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 15,8 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.