Türkiyə Özbəkistana avtomobil sənayesi məhsulları ixracını artırıb

Türkiyə Özbəkistana avtomobil sənayesi məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Özbəkistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 23,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Özbəkistana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,04 dəfə artıraraq 3,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 14,3 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 3 milyon dollar məbləğində avtomovil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 32 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.