Mikayıl Cabbarov Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib

Mikayıl Cabbarov Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib

Bakı. TurkicWorld:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında bildirib.

"Gürcüstanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak etdik. Ulu Öndərin mütərəqqi xarici siyasət kursu Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün möhkəm təməllər yaradıb", - deyə Mikayıl Cabbarov qeyd edib.