Böyük qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub - Nazir

Böyük qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub - Nazir

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və müdafiə qabiliyyətinin gücləndiriıməsi üçün əlavə tədbirlərin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulub.

TurkicWorld-un məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişiklik müzakirə edilir.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.